“Toyota Supra” - FOTO

Avtodünya 24 Dekabr 2018 21:30 Oxunub 2475
“Toyota Supra” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yapon istehsalçısı avtomobili Detroyta nümayiş etdirmək qərarına gəlib

Acı bağırsaq kimi uzanan Supra modelinin qayıdış nağılı, nəhayət ki, gələn ay başa çatmalıdı. Artıq uzun müddətdir ki, «dama-dama göl olar» prinsipini rəhbər tutan yapon istehsalçısı tizer damcılamasını sona verərək tam avtomobili Detroyta nümayiş etdirmək qərarına gəlib.

Lakin, avtomobil aləminin paparazziləri də boş durmaq fikrində deyillər - onlar bacardıqca yeni kupenin kamuflyajsız fotoşəkillərini çəkib dərc etməklə, avtomobilsevərlərin intiqamını yaponlardan alırlar. Bu gün onlar Toyota Supra modelinin seriya variantının arxa hissəsinin götüntülərini yayıblar.

Qeyd etmək lazımdır ki, ümumilikdə seriya modeli konseptual kipedəki dizayn üslubunu qoruyub-saxlasa da, iki avtomobil arasında xeyli fərqlər mövcuddur. Buyurun baxın...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh