Bakıya vahimə salan «avtoş»lardan ŞOK VİDEO

Avtoreyd 16 Mart 2015 00:41 Oxunub 12777
Bakıya vahimə salan «avtoş»lardan ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar ölümə qol çəkib yola çıxıblar; hər dəqiqəsi qəzadır

Sosial şəbəkələrdə Bakıda avtoxuliqanlıq edən şəxslərin videousu geniş müzakirələrə səbəb olub. Avtosfer.az-ın məlumatına görə, 10 XB 266 dövlət nömrə nişanı ilə bir neçə avtomobili idarə edən gənc sürücünün 2011-ci ildə Bakının mərkəzi küçələrində «BMW» markalı avtomobillə etdiyi hərəkətlər dəhşətli mənzərə yaradıb. Onunla birlikdə «Mersedes» markalı avtomobilin sürücüsü də təhlükəli əməlləri təkrar edir. Bundan əlavə, onların hər ikisinin avtoxuliqanlıq əməllərinin lentə almaq üçün arxadan gələn avtomobil də eyni qaydaları pozaraq yollarda ölüm təhlükəsi yaradır. Videodan da göründüyü kimi, hər üç sürücü svetoforun qırmızı işıqlarına əhəmiyyət vermədən hərəkət edirlər. Başqa sürücülər üçün təhlükəli vəziyyət yaradırlar. Bu əməllərini isə fəxrlə videolentə köçürüb sosial şəbəkələrdə özlərini reklam edirlər.

Avtosfer.az həmin videonu təqdim edir:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh