Prezident DİN-in Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib

Yol polisi 25 Dekabr 2018 13:45 Oxunub 1197
Prezident DİN-in Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha sonra İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlət başçısına raport verib. Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub. Dövlət başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub. Sonra xatirə şəkli çəkdirilib. Daha sonra Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh