Həbsdə olan “avtoş”lar; onların arasında 3 uşaq atası da var -  FOTOLAR

Yol polisi 21 Fevral 2015 14:53 Oxunub 4758
Həbsdə olan “avtoş”lar; onların arasında 3 uşaq atası da var -  FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülük vəsiqəsi olmayanlar, sərxoş halda maşın sürənlər, qəza törədib qaçmaq istəyənlər inzibati həbs cəzası çəkirlər

Bu gün bir qrup jurnalist Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma yerində avtoxuliqanlıq, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan idarə edən, eləcə də yol polisinin qanuni saxlama əmrini yerinə yetirmədiyi üçün həbs olunan 14 nəfərlə görüşüb. Onların hər biri Bakının müxtəlif rayonlarının məhkəmələri tərəfindən çıxarılmış qərara əsasən, 5 sutkadan 30 sutkaya qədər inzibati həbslə cəzalandırılıblar.

Saxlanılanlardan Gülhüseyn Qasımovun 19 yaşı var. İdarə etdiyi “VAZ-2106” markalı avtomobillə Buzovna qəsəbəsində avtoxuliqanlıq etdiyi üçün saxlanılıb. Özünün dediyinə görə, sürücülük vəsiqəsi olmadığı üçün yol polisi “saxla” əmri verdikdə, tabe olmayaraq qaçmağa çalışıb. “Vəsiqəm olmadan maşın sürürəm. Mənə elə gəlir ki,  kənddə vəsiqə olmadan da maşın sürmək olar. Bura düşdüyümə görə peşmanam. Amma burdan çıxandan sonra yenə də kənddə sürəcəm. Maşınımda ksenon lampa var. Həm də “peredoku” qaldırmışam, arxa “purjunları” (yayları)  kəsdirmişəm”.

15 sutka inzibati həbs cəzası alan Etibar Əlizadənin 22 yaşı var. Əməlindən peşman olsa da, “çıxandan sonra sözsüz ki, yenə sürəcəm” dedi. Etibarın dediyinə görə, “Gənclik” metrostansiyası yaxınlığında idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol polisi maşının üstünə sürərək qaçıb. “Çünki onlar da mənim üstümə sürdülər. Mənim də vəsiqəm olmadığı üçün qaçdım”.

Elgün Fikrət oğlu Məmmədovun 31 yaşı var. Üç uşaq atasıdır və taksi fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi avtomobillə qəza törədərək hadisə yerindən qaçmağa çalışıb. Eyni zamanda avtoxuliqanlıq və yol polisinə tabesizlik əməlinə görə də 30 sutka həbslə cəzalandırılıb. Çünki bu onun ikinci belə əməlidir. Birinci dəfə olduğu kimi bu dəfə də əməlindən peşman olduğunu desə də, taksi sürücüsünün sərxoş vəziyyətdə avtomobil idarə etməsi başa düşülən deyil.

26 yaşlı Ziyad Dövlətov isə ilk dəfədir bura düşür. Özünün dediyinə görə, Sabunçu rayonunda təmir olunan yolda hərəkət edərkən guya maşının arxası sürüşüb və  buna görə də onu “avtoş” adı ilə həbs ediblər.

36 yaşlı Qabil Qalib oğlu Hüseynov Lerik rayon sakinidir və Bakıda fəhləliklə məşğuldur. “Fevralın 13-də özümə “Opel” markalı maşın aldım, amma sürücülük vəsiqəm yoxdur. Adımı məktəbə yazdırmışam oxuyuram. Apreldə sürücülük vəsiqəsi alacaqdım. Maşınla evə gedərkən “Koroğlu” metrostansiyası yaxınlığında yol polisləri “saxla” işarəsi versə də, vəsiqəsiz olduğum üçün qorxub qaçdım. Amma məni tutub məhkəməyə gətirdilər və 15 sutka həbs cəzası verildi.”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, burada saxlanılan şəxslər yol polisinin gündəlik fəaliyyəti nəticəsində aşkar olunaraq inzibati məsuliyyətə cəlb edilənlərdir. “Onlar hər vasitə ilə çalışırlar ki, özlərinə bəraət qazandırsınlar və onların saxlanılması üçün yol polisləri müxtəlif vasitələrdən istifadə etməli olublar. Məsələn, “maşınım sürüşdü” deyən sürücüdən soruşmaq lazımdır ki, gecə saat 3-də Balaxanıda palçıqlı yolda nə gəzirdin və ya polisə niyə tabe olmursan?. Onu saxlamağa çalışan polislərdən qaçaraq ora gedib, orada da maşını sürüşdüyü üçün qaça bilməyib və tutulub. Yoxsa, yenə qaçmaq istəyirdi”.

Vaqif Əsədovun sözlərinə görə, bu şəxslərin ictimaiyyətə təqdim olunmasında məqsəd onların ictimai qınağa cəlb edilməsidir. “Bu kimi profilaktik tədbirlər davam etdiriləcək. Hesab edirik ki, bu şəxslər və onlar kimi qayda pozan digər sürücülər bu əməlləri bir daha təkrar etməyəcəklər. Lakin göründüyü kimi, onların arasında ikinci dəfə inzibati həbs cəzası alanlar da var”.

 

Avtosfer.az hazırda inzibati həbs olunanların saxlanma yerindəki şəxslərin siyahısını təqdim edir.

1. Kurzinov Vladimir Anatolyevic 1980-cı il –  işləmir – İXM-nin 152-2.3 30 gün

2. Məmmədov Elgün Fikrət oğlu 1984-cü il – işləmir - İXM-nin 296-1.1 30 gün

3. Məmmədov Əli Heydər oğlu 1992-ci il – işləmir – İXM-nin 152.4 20 gün

4. Həsənov Ramin Fazil oğlu – işləmir – İXM-in 152-1.4 15 gün

5. İsmayılov Elşən İsmayıl oğlu 1969-cu il – “Park Azure” MTK-da fəhlə işləyir – İXM-nin 152-2.3 30 gün

6. Dövlətov Ziyad Şahbaz oğlu 1989-cu il – işləmir – İXM-nin 296-1.1 15 gün

7. Hüseynov Qabil Qalib oğlu 1979-cu il – fərdi əməklə məşğuldur – İXM-nin 296-1.1 15 gün

8. Qurbanəliyev Niyaməddin Qəmnalı oğlu 1984-cü il – işləmir – İXM-nin 152-1.4 15 gün

9. Əlizadə Ehtibar Mehman oğlu  1993-ci il – işləmir – İXM-nin 296-1.1 15 gün

10. Nəsrullayev Fuad Mahir oğlu 1982-ci il – işləmir – İXM-nin 152-1.3 15 gün

11. Yunusov Tofiq Şirməmməd oğlu 1987-ci il – işləmir – İXM-nin 152.4 10 gün

12. Qasımov Gülhüseyn Balahüseyn oğlu 1996-cı il – işləmir – İXM-nin 296-1.1 20 gün

13. Heybətov Ceyhun Vaqif oğlu 1977-ci il – işləmir – İXM-nin 152.4 5 gün

14. Ələkbərov İsa Rauf oğlu 1985-ci il – işləmir – İXM-nin 152.4 10 gün

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh