Xorxe Lorentso yenidən Formula 1 iştirakçısı olmaq istəyir

Yarışma 25 Dekabr 2018 22:28 Oxunub 1399
Xorxe Lorentso yenidən Formula 1 iştirakçısı olmaq istəyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Heç bir karbon örtük səni qoruya bilməz”

“MotoGP” üçqat çempionu Xorxe Lorentso 2016-cı ildə Silverstounda “Mersedes” komandasının xüsusi sınaq yürüşlərində iştirak edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu təcrübəni bəyənən ispaniyalı bildirib ki, onu yenidən təkrar etmək istəyir. Lorentso deyib: Mən həmişə Formula 1 bolidinin sükanı arxasına keçməyi arzulamışam. Bu, başqalarından tamamilə fərqli olan unikal maşındır. Bundan başqa, daha təcrübəli pilot kimi hansı nəticələri əldə edəcəyim də özüm üçün maraqlıdır. O vaxtlar maşının aerodinamik keyfiyyətləri və sıxıcı gücü məni cəlb edirdi. Tam sürətlə və beşinci ötürücüdə döngələrdən keçə bilirdim. Halbuki motoyürüşlərdə bu döngələrdən üçüncü ötürücüdə keçirdik.

Formula 1-dən fərqli olaraq, motoyürüşlərdə bütün bədəninlə işləməlisən və yıxıldığın zaman heç bir karbon örtük səni qoruya bilməz. Birbaşa asfaltın üzərinə düşəcəksən”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh