Mənsur Şərifə 2.8 milyon dollarlıq maşın bağışlayan kimdir? - FOTO FAKTLAR

Yazarlar 25 Dekabr 2018 22:15 Oxunub 8162
Mənsur Şərifə 2.8 milyon dollarlıq maşın bağışlayan kimdir? - FOTO FAKTLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ulmila xanım ona jest edib

Bu gün yerli mətbuatda “Maşın Şou” iştirakçısı Mənsur Şərifə 2.8 milyon dollarlıq avtomobil bağışlandığı barədə xəbərlər yayıldı. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, yayılan xəbərlərə əsasən, Kaliforniyada yaşayan və "Pagani" avtomobil şirkətinin sahibi olan azərbaycanlı Ulmila xanım Mənsur Şərifin "Maşın şou"da çıxdığı dueldə səs toplaya bilməyərək ayrılmasına biganə qalmayıb və ona jest edib. O, Mənsura 2.8 milyon qiyməti olan "Pagani-Narcia" maşını hədiyyə etdiyini açıqlayıb.

Amma bu xəbəri oxuduqdan sonra bir anlıq yadıma düşdü ki, “Pagani” şirkəti İtaliyada yerləşir və 1992-ci ildə argentinalı qaçqın Horasio Paqani tərəfindən qurulub.

Şirkət karbondan hazırlanan hiperkarlar istehsal edir. “Pagani” şirkəti 1992-ci ildə Horasio Paqani tərəfindən qurulub və Modena yaxınlığında, San-Çezario-sul-Panaroda yerləşir.

Horasio bir müddət “Lamborghini” şirkətində işləyib. 1988-ci ildə “Pagani Composite Research” şirkətini qurub. Yeni şirkət bir neçə layihənin reallaşdırılması üçün “Lamborghini” ilə əməkdaşlıq edib.

1980-ci illərin sonunda Paqani öz konstruksiyası üzərində işləməyə başladı və yeni avtomobil layihəsini “C8 Layihəsi” adlandırdı. Paqani “C8”i “Formula 1” yarışlarının beşqat dünya çempionu Xuan-Manuel Fanxionun şərəfinə “Fangio F1” adlandırmaq niyyətində idi. 1993-cü ildə avtomobil uğurlu sınaq yürüşündən keçdi. 1994-cü ildə “Mercedes-Benz” şirkəti Paqaniyə V12 mühərrikləri verməyə razılaşdı.

Yeni model “Zonda C12” adlandırıldı. Avtomobil ilk dəfə 1999-cu ildə Cenevrə avtoşousu çərçivəsində təqdim edildi.
Sözügedən xəbərdə isə Ulmira xanım “Pagani” şirkətinin sahibi kimi təqdim edilir. Bunun isə nə dərəcədə doğru olub-olmadığını bilmirik. Yuxarıda qeyd edilənlər isə internetin rus və ingilis dilində aparılan kiçik araşdırmanın nəticəsidir.


Bundan başqa, “Pagani” şirkətinin “Narcia” modeli haqqında da araşdırma apardıq, amma “Google”da da bu model haqqında araşdırma zamanı sadəcə yerli saytlardakı Mənsur Şərif xəbəri qarşımıza çıxdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh