İşçini müqaviləsiz işlədən sahibkar böyük məbləğdə cərimə olunacaq

Gələn il yanvarın 1-dən Vergilər Məcəlləsində təklif edilən dəyişikliklər qüvvəyə minəcək. Vergilər nazirinin müavini Sahib Ələkbərov yeniliklərlə bağlı məlumat verib. Onun sözlərinə görə, sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilib. Mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi vergidən azad edilir. Ofisiant, bərbər, dərzi fəaliyyəti ilə məşğul olan şəxslər gəlirindən asılı olmayaraq sabit qəbz sisteminə keçirilirlər. Əmək müqaviləsi imzalamadan işçiləri işə cəlb edən işəgötürən birinci dəfə 2 min, ikinci dəfə 4 min, növbəti dəfələrdə 6 min manat cərimə olunacaq. Nazir müavini onu da bildirib ki, daş karxanalarına bundan sonra kosmosdan nəzarət ediləcək.
Bundan əlavə, gələn ayın 1-dən etibarən ilk dəfə olaraq bir sıra məhsulların üzərinə məcburi nişanlanma kodu vurulacaq. Məqsəd məhsulların uçotdan yayındırılmasının, eləcə də bazara saxta məhsulların daxil olmasının qarşısın almaqdır. Belə ki, bu kod vasitəsilə məhsul istehsaldan istehlaka qədər nəzarətdə olacaq. Məcburi nişanlama kodunun hansı məhsullara tətbiq ediləcəyi hələ ki, müzakirə edilir. Dərman preparatlarının satışına da nəzarət gücləndiriləcək. Sahib Ələkbərov onu da qeyid edib ki, bir sıra sahələrdə tətbiq edilən vergi güzəştləri qarşıdakı illərdə də davam edəcək.
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO











