Bakıda yol polisi maşını belə yandı - VİDEO

Yol polisi 26 Dekabr 2018 00:41 Oxunub 3113
Bakıda yol polisi maşını belə yandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidmətdə olan avtomobil qəfildən yanmağa başlayıb

Dekabrın 25-də, günorta saatlarında Bakıda Dövlət Yol Polisinə məxsus "BMW" markalı avtomobil yanıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında tədbir vaxtı baş verib. Xidmətdə olan avtomobil qəfildən yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları avtomobildə olan odsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar. Avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı xərasət alan olmayıb.

Həmin görüntüləri təqdim edirik:

 

Emin
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh