Gəncədə adam öldürüb Bakıya qaçırdı - YPX postunda tutuldu

Yol polisi 26 Dekabr 2018 11:49 Oxunub 2777
Gəncədə adam öldürüb Bakıya qaçırdı - YPX postunda tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəxsi axtarış zamanı bıçaq aşkar edilərək götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncədə qətl törədərək qaçan şəxs saxlanılıb. DİN Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, qəsdən adam öldürməkdə şübhəli bilinərək axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin “Mercedes” markalı mikroavtobusda sərnişin qismində şəhəri tərk etməsi barədə dekabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə qeyd edilən mikroavtobus həmin gün saat 02.45 radələrində Hacıqabul rayonu ərazisindəki YPX postunda yoxlama məqsədilə saxlanılıb. Kürdəmir postunda gizlənə bilən E.Əliyev Nəvai postunda ələ keçib. Polis əməkdaşları tərəfindən saxlanılan E.Əliyevdən şəxsi axtarış zamanı bıçaq aşkar edilərək götürülüb. O, aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh