“She’s Mercedes” – Üç şəfəq işarəsi altında individuallıq - Sevinc Abbasova - FOTOLAR

Yazarlar 26 Dekabr 2018 16:12 Oxunub 3267
“She’s Mercedes” – Üç şəfəq işarəsi altında individuallıq - Sevinc Abbasova - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“She’s Mercedes” uğur qazanmış zərif cinsin minlərlə nümayəndəsini bir araya gətirir

Müasir cəmiyyətdə qadınların rolu getdikcə artır, onlar mühüm məsələlərdə öz sözünü deyə bilir. Artıq uzun illərdi ki, zərif cinsin nümayəndələri biznesin idarə edilməsi, şəxsi təşəbbüslərinin realizə olunmasında öz potensialını nümayiş etdirərək böyük uğurlara imza atıb, istənilən işin öhdəsindən gəldiklərini sübuta yetiriblər. Tarixi baxımdan yaxın keçmişdə Böyük Mademuazel şalvar geyinməklə Avropa cəmiyyətini heyrətləndirmişdi. Bu gün isə qadının sükan arxasına əyləşməsi adi bir hala çevrilib. Buna görə də bir gün məşhur avtomobil brendlərindən biri dünyanın təkcə kişilər üçün olmadığını düşünən insanlara diqqət yetirdi və bəyan etdi ki, bu dünyada özünü tapmaq mümkündür. Əsas məsələ diqqətlə ürəyinin səsini dinləyə və sənin üçün həm maddi, həm də mənəvi amilləri özündə birləşdirən, öz qavrayış çərçivəsini genişləndirməyə imkan verən həmin o vacib istiqaməti tapmaqdır. Niyə də belə xanımları birləşdirib onlara individual əhəmiyyət və uğurun əldə olunması yolunda öz təcrübə və bacarıqlarını bölüşmək imkanı yaratmayaq?

Azərbaycanın qadın sahibkarlarının ictimai həyatındakı “yeni platforma”, eləcə də təkcə öz şəxsi biznes sahəsində deyil, həm də kişilərə aid olduğu hesab olunan sahələrdə uğurlu karyera qurmuş qadınlar barədə biz bu gün “Mercedes-Benz” brendinin Marketinq, reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Abbasova ilə söhbət edəcəyik.

- “She’s Mercedes” qlobal təşəbbüsü barədə məlumat vermənizi xahiş edərdik.

- “Daimler AG”nin Azərbaycandakı baş nümayəndəliyi, “Mercedes-Benz”in Azərbaycandakı rəsmi distribütoru “Avtokapital-Azərbaycan” MMC tərəfindən irəli sürülmüş, noyabrın 22-də “Dinamo Hotel Baku”da start götürmüş “She’s Mercedes” qlobal təşəbbüsünü təqdim etmək mənim üçün xoşdur. Həmin gündən etibarən ölkəmizin qadınları özünəməxsus “She’s Mercedes” dünyasının bir hissəsinə çevrildilər. “She’s Mercedes” hər biri öz sahəsində uğur qazanmış zərif cinsin minlərlə nümayəndəsini bir araya gətirir.

Bundan başqa, onların əksəriyyəti artıq bir neçə onilliklər ərzində avtomobil sənayesi məhsullarının istehsalında öz etibarlılığını sübut edən “Mercedes-Benz” avtomobillərinə biganə deyil.

Razılaşın ki, qadınlar üçün avtomobil təkcə nəqliyyat vasitəsi və status göstəricisi rolunu oynamır. Və mən də bu məsələdə onlarla həmrəyəm.

Bu, həmçinin dəbdəbəli bir aksesuardır. Buna görə də, qadınlar məsələn, çanta və ya ayaqqabı seçimində olduğu kimi, avtomobil seçiminə də çox diqqətlə yanaşırlar.

- Belə bir təşəbbüsün yaranmasına təkan verən nə oldu?

- Bir zamanlar Qotlib Daymler sonradan dildən-dilə düşən belə bir ifadə işlətmişdir: “Ya ən yaxşısı, ya da heç nə”. Dərhal qeyd etmək istərdim ki, bu sözlər həm də “Avtokapital-Azərbaycan” şirkətinin fəlsəfəsini və bizim kollektivin iş prinsipini xarakterizə edir. Ayrıca vurğulamaq istərdim ki, bizim kollektiv maşın sürən xanımlara xüsusi yanaşma nümayiş etdirir və bu heç də təsadüfi deyil...

Dünya avtomobil sənayesini ilk dəfə məhz qadın kəşf etmişdi. “Mercedes-Benz”in tarixi alman avtomobil sənayesinin novatoru Karl Benzin həyat yoldaşı Berta Benzin adı ilə bağlıdır. Benzin yaratdığı avtomobil müştərilər arasında populyarlığını itirdikdə, Berta 1888-ci il avqustun 5-də həyat yoldaşını xəbərdar etmədən iki böyük oğlu ilə birlikdə Manheymdən Pforshayma yola düşərək bir gün ərzində ümumilikdə 106 kilometr məsafə qət etmişdi. Bununla Berta texnika dünyasında ilk addımlarını atan yeni nəqliyyat vasitəsinin populyarlaşdırılmasına çox dəyərli bir töhfə vermiş oldu. Bu, qadınların onların individuallığını əks etdirən parlaq addımlar atmaq qabiliyyətinə malik olduğunun daha bir nümunəsidir.

Hər bir uğur hekayəsi unikal olsa da, öndə olmağa meyil göstərmək bütün uğurlu qadınların xüsusiyyətidir. “She’s Mercedes” zərif cinsin nümayəndələrini ən inanılmaz addımlar atmağa ilhamlandırır. “She’s Mercedes” qadınların ünsiyyət qurmasına, ideyalarını və təcrübəsini paylaşmasına və bir-birindən yeni nələrsə öyrənməyinə şərait yaradan bir platformadır.

- Bu “Daimler AG” məhsulları ilə necə əlaqəlidir?

- “She’s Mercedes” təşəbbüsü çərçivəsində avtomobilin idarə olunması ilə bağlı xüsusi olaraq qadınlar üçün nəzərdə tutulmuş yeni təkliflər təqdim olunur. Təkcə bunu qeyd etmək kifayətdir ki, 2014-cü ildə “Dünya üzrə ilin qadın avtomobili” mükafatının təşkilatçıları tərəfindən keçirilən müsabiqədə yeni nəsil “Mercedes-Benz” S-Class ən çox bal toplayaraq mütləq qalib oldu.

Məlumat üçün: “Dünya üzrə ilin avtomobili” (World Car of the Year) və ya WCOTY – maşınqayırma sahəsində dünyanın 20-dən çox ölkəsindən olan professional beynəlxalq avtomobil jurnalistləri tərəfindən təqdim olunan beynəlxalq mükafatdır.

“World Car Awards” (WCA) təşkilatı tərəfindən 2003-cü ildə əsası qoyulmuş bu müsabiqə 2004-cü ilin yanvarından başlayaraq hər il keçirilir. Dünya üzrə ilin avtomobili adına layiq görülmək üçün müsabiqədə iştirak edən avtomobillər həmin ilin 1 yanvar tarixinə olan məlumata görə ən azı beş ölkədə və minimum iki qitədə satışda olmalıdırlar. Seçim məhz bu çərçivədə həyata keçirilir.

“Daimler AG” avtomobilləri bir neçə il ərzində müxtəlif kateqoriyalarda ən yaxşı avtomobil seçiliblər: “İlin ən ekoloji avtomobili” – “Mercedes-Benz” E320 Bluetec (2007) və “Mercedes-Benz” S250 BlueEfficiency (2012); “Lyuks avtomobil”- “Mercedes-Benz” W22 (2014); “Dünya üzrə ilin avtomobili” – “Mercedes-Benz” W205, “İlin idman avtomobili” – “Mercedes-AMG GT”, “İlin lyuks avtomobili” – “Mercedes-Benz” C217 (2015); “İlin lyuks avtomobili” – “Mercedes-Benzv” E-Class (2017).

2019-cu il üçün isə “Mercedes-Benz GLE” “İlin üst-orta sinif avtomobili” mükafatına namizədlər arasındadır. Hesab edirəm ki, qadınların nə üçün “Daimler AG” avtomobillərinə diqqət yetirməli olduqlarını göstərmək üçün bu siyahıdan başqa əlavə əsaslandırmaya ehtiyac yoxdur...

- Bəs kişilərin məşhur “avtoşovinizmi”?

- Biz “Mercedes-Benz” avtomobilinin sükanı arxasında yalnız kişiləri görməyə öyrəşmişik kimi bizim avtomobil bazarına xas olan stereotipi qırmaq istərdik.

Müasir qadınlar heç də öz xüsusiyyətlərinə görə Berta Benzdən geri qalmırlar.

Əgər iyirmi il əvvəl sükan arxasında qadının əyləşməsi ən azı təəccüb doğururdusa, hazırda bu artıq bir qədər adiləşib.

İldən-ilə bütün ölkələrin və şəhərlərin yollarında getdikcə daha çox zərif cinsin nümayəndəsi sükan arxasına əyləşir.

Lakin qadınların maşın seçmə kriteriyası kişilərdən fərqlənir. “Mercedes-Benz”in Azərbaycandakı rəsmi dilerlərinin avtosalonlarında məhz qadınların tələb etdikləri yüksək göstəricilərin hamısı cəmləşib. Və belə anlarda biz hətta şıltaqlıq da edə bilərik.

“Daimler AG” heç də əbəs yerə qadın adını daşıyan avtomobil istehsal etmir! G-class, GLE Coupe, GLC Coupe…

Mən isə qadınlara A-class, GLA və CLA avtomobillərinə diqqət yetirməyi məsləhət görərdim. Onların hər biri “ünsiyyətin” ilk dəqiqələrindən öz sahibəsinin xarakterini əks etdirə bilər. Axı biz qadınlar çox müxtəlifik!

- “She’s Mercedes”in hansı perspektivləri var?

- “She’s Mercedes” təşəbbüsü qadınların nəyə qadir olması ilə bağlı əksəriyyətin düşündüyü çərçivəni genişləndirir. Mən istərdim ki, “She’s Mercedes” bizim qadınlarımız üçün özünəməxsus maraq klubuna çevrilsin.

Öz unikal yolunu seçmək, qoyulmuş məqsədə doğru dayanmadan irəliləmək və ən cəsarətli planların həyata keçirilməsi “She’s Mercedes”in iştirakçılarının təmsil etdikləri bütün sahələrdə “She’s Mercedes”in tərzinə uyğundur.

Təqdimat mərasimində səslənən çıxışlar buna sübutdur. Bu uğurlu və gözəl qadınlar öz fəaliyyətləri ilə Azərbaycanda qadınların rolunun ev həyatı çərçivəsindən kənara çıxdığını sübut ediblər. Bu gün Azərbaycan qadınları heç bir formada dünyanın digər ölkələrinin iş qadınlarından geri qalmırlar.

- “Mercedes-Benz”dən yaxın gələcəkdə daha hansı tədbirlər gözlənilir? 

- Bunu qeyd etmək mənim üçün xüsusilə xoşdur ki, “Avtokapital-Azərbaycan” “Mercedes-Benz”in himayəsi altında keçirilən bir çox tədbirlərin layiqli davamçısıdır. “Daimler AG” yalnız alman avtomobil sənayesinin məhsulları ilə şöhrət qazanmayıb.

Məsələn, Azərbaycanda bu brendin ulduzunu qolf üzrə MercedesTrophy turnirində görmək olar. Növbəti turun keçirilməsi üçün hazırlıq işləri aparılır.

Biz cazla bağlı bir tədbir təşkil etmək barədə düşünürük. Bakının yollarını rahat hərəkəti üstün tutanların avtoparkında mühüm yeri olan “Mercedes-Benz” avtomobilləri olmadan təsəvvür etmək mümkün olmadığı kimi, bu musiqi də bizim şəhərin mədəni həyatı ilə möhkəm bağlıdır.

- “She’s Mercedes” məxsusi olaraq qadınlar üçün nəzərdə tutulmuş bir layihə kimi təqdim olunur. Qadınları “bir dam altında” birləşdirmək necə bir haldır?

- Bakı insanlar arasında formalaşmış özünəməxsus münasibətlərin olduğu unikal bir şəhərdir. Ən çox yayılmış fikirlərdən biri budur ki, Bakıda hər kəs bir-birini bilavasitə tanıyır. Uğurlu qadınlar isə tez-tez müxtəlif tədbirlərdə görüşürlər. Buna görə də, tamamilə aydındır ki, “She’s Mercedes”in təqdim edilməsi sadəcə bir vaxt məsələsi idi.

Biz yalnız biznesə görə deyil, həm də bizneslə məşğul olan insanlara görə məsuliyyət daşıyan qadınlar üçün bir “platforma” yaratmaq istəyirdik ki, burada qadınlar kənardan onlara daimi diqqət olmadan rahat ünsiyyət qura bilsinlər.

Bilirsiniz, bəzən heç də həmişə bizneslə əlaqədar olmayan məsələlərlə bağlı “qiybət etmək” günah deyil. Bəzən “öz şirkətinin siması” statusunda olmamaq da mümkündür....

- Sizin “She’s Mercedes”ə töhfəniz nədən ibarətdir və bu sizə nə verir?

- Bilirsiniz, “She’s Mercedes” mənim üçün də yad deyil. Bakıda mənim adım məhz professional baxımdan bir çoxlarına məlumdur. Buna görə də, mənim adımın əfsanəvi brendlə bir arada çəkilməsi hissi mənə tanışdır. Burada işi ləngitmək mümkün deyil.

Hər zaman “yüksəkdə” olmaq lazımdır. Bir dəfə mən çox gözəl bir məsləhət oxudum: “Sevdiyiniz işlə məşğul olun və bu zaman həyatınızda bir gün də olsun işləməyəcəksiniz”.

Bu həqiqətən də belədir! Mən sevdiyim məşğuliyyətlə işin vəhdətini yarada bildim. İşim çox olsa da, sportcarın sürəti ilə müqayisə olunacaq ritmlə yaşamalı olsam da. Tez-tez təəssüflənirəm ki, sutkada yalnız 24 saat var və zamanı uzatmaq mümkün deyil.

Amma çox qısa bir müddətə dayandıqda və ya bir qədər yerimdə addımlayanda diskomfort hiss edirəm. Öz biliyimi daim artırdığımı gizlətmirəm. Dərrakəli yaşda bunu etdikdə isə “bir həyatdan daha çox həyat yaşamaq” imkanı qazanırsan.

Məgər bu həzz deyil?! Bunun sayəsində yaşanan hər bir anı dəyərləndirməyə başlayırsan. Və bu - uğurun bir hissəsidir. Artıq Yeni ilə yarım aydan az vaxt qalıb. Amma bu çox uzun zamandır!!! Hələ nə qədər işlər görmək olar!!!

Heç bir vəziyyətin sizi dayandırmasına imkan verməyin. İrəli getməkdə davam edin!!! İnanın ki, həqiqətən də ürəkdən nəyisə arzulasanız, hər şey alınacaq və siz mütləq öz ulduzunuzu tapacaqsınız!!!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh