Yol polisi maşını niyə yandı? - Ərşad Hüseynovdan açıqlama - VİDEO

Yazarlar 26 Dekabr 2018 16:43 Oxunub 2462
Yol polisi maşını niyə yandı? - Ərşad Hüseynovdan açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yaxşı olar ki, bu hadisədən sonra bütün patrul avtomobilləri yoxlanılsın”

“Dünən YPX avtomobilinin yanması çox ciddi siqnal olmalıdır. Əvvəllər də dəfələrlə qeyd etmişik ki, bu şəraitdə belə avtomobilin yanması böyük ehtimalla yalnız elektrik şəbəkəsindəki problemdən ola bilər. Bu isə o deməkdir ki, avtomobilin elektrik şəbəkəsinə naşı müdaxilə olub”. Avtosfer.az xəbər verir ki, bu fikirləri hüquqşünas Ərşad Hüseynov dünən Xəzər rayonunda “BMW” markalı YPX avtomobilinin yanmasını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, yollarda hərdən qarşımıza radiator barmaqlığı arxasında sayrışan işıq qoyulmuş patrul avtomobilləri çıxır: “Bax, problem də budur. Həmin işıqlar standartda yoxdur deyə onu zavodda qoymurlar. Sonradan qoyanda isə hansı naqil seçilir, birləşmələr necə olur, məlum deyil. Belə işin naşı icrası isə yolun ortasında avtomobilin alışmasına gətirib çıxara bilər.
Yaxşı olar ki, bu hadisədən sonra bütün patrul avtomobilləri yoxlanılsın. Belə əlavələrin (işıqlar, səs siqnalı, adi işıq cihazlarına uyğun gəlməyən lampaların qoyulması və s.) hamısı aradan qaldırılsın. Avtomobillərdə yalnız standarta uyğun xüsusi işıq və səs siqnalları saxlanılsın”.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh