Yol polisi reyd keçirdi – Cərimələnənlər var – FOTO-VİDEO

Yol polisi 26 Dekabr 2018 16:55 Oxunub 4360
Yol polisi reyd keçirdi – Cərimələnənlər var – FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstismara yararsız maşınlarla yük və sərnişin daşıyanlar cərimələnib

Bu gün Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin müxtəlif küçə və yollarında reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyd zamanı istismara yararsız nəqliyyat vasitələri ilə yükdaşıma fəaliyyəti göstərən sürücülərə qarşı ciddi tədbirlər görülüb. Sumqayıt DYPŞ-nin Yol-Patrul Xidməti Bölüyünün komandiri, polis mayoru Vüqar Qasımov bildirib ki, şəhər ərazisində qanunsuz yükdaşıma və sərnişindaşıma hallarına qarşı mübarizə tədbirləri gücləndirilib. Bu sahədə ciddi dönüş yaradılması üçün keçirilən tədbirlər müsbət nəticə verməkdədiri. Əvvəlki reydlərdə onlarla belə hal aşkar olunurdusa bugünkü reyddə istismara yararsız nəqliyyat vasitəsini idarən və ödənilməyən cəriməsi olan 5 sürücü saxlanılıb. Həmin nəqliyyat vasitələri cərimə meydançasına aparılıb. Reyd zamanı 20 sürücü barəsində inzibati protokol tərdib edilib. Onlardan biri qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü olub. Həmin mikroavtobus da cərimə meydançasına aparılıb. Heç bir sənədi olmadan “Shagman” markalı yük avtomobilini idarə edən sürücü məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirsə də, nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.
Bölük komandiri Vüqar Qasımov onu da bildirib ki, Sumqayıt şəhərində piyadavurma hallarının qarşısını almaq üçün tədbirlər genişləndirilib, piyadalar arasında maarifləndirmə işləri aparılır və reydlər keçirilir. Artıq şəhərin bütün küçə və prospektlərində piyadaların daha çox qayda pozduğu ərazilər nəzarətə götürülüb, yolayrıcları və nizamlanmayan keçidlər inspektorlar tərəfindən tənizmlənir.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh