Yol polisinin yeni avtomobilinin özəllikləri nədir? - Ekspertdən açıqlama

Yazarlar 27 Dekabr 2018 20:17 Oxunub 1182
Yol polisinin yeni avtomobilinin özəllikləri nədir? - Ekspertdən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni sistem sürət həddini eyni vaxtda aşan 5 maşının hamısını aşkarlayıb cərimə yazır

2019-ci ilin əvvəlində Azərbaycanda yol polisinin avtomobil parkına yeni “Mercedes” avtomobilləri əlavə olunacaq. Məlumata görə, avtomobillər Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat şöbəsinə təhvil verilib. Bəs görəsən bu avtomobillərin özəllikləri nədən ibarətdir? Bununla bağlı Azadinform-un suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu avtomobillər bir çox özəllikləri özündə birləşdirib: “Bu avtomobillər dünya ölkələrindən yalnız ikisində - Avstriya və Azərbaycanda yol polislərinə verilib. “i-Patrul” sisteminin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir. Əvvəlki avtomobillərdə bir neçə proses ayrı-ayrılıqda aparılırdısa, bu avtomobillərdə bir neçə prosesi eyni anda yerinə yetirmək mümkündür. Deyək ki, beş avtomobil yan-yana gedir, beşi də sürət həddini aşıb. Əvvəlki sistem yalnız onun birini aşkarlaya bilirdi. Amma bu avtomobillərə quraşdırılan o xüsusi sistem onların beşini də eyni vaxtda aşkarlayıb sürücü barəsində protokol tərtib edə bilir. Buna elektron qərar deyilir. Həmin məlumat mərkəzi bazaya göndərilir”. 

Ekspert əlavə edib ki, yeni gətirilən avtomobillərdə yan istiqamətlərdə ''Nömrətanıma'' və GPS modulu var: “Bu sistem vasitəsilə oğurluq və ya qaçırılmış avtomobillər tez bir zamanda aşkar ediləcək. Yol Patrul Xidməti avtomobilində perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları mərkəzi serverdə arxivləşdirir”. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh