Sabunçu vağzalının ətrafı gölə döndü - FOTO

Xəbərlər 22 Fevral 2015 23:07 Oxunub 1826
Sabunçu vağzalının ətrafı gölə döndü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çağırışa gedən təcili tibbi yardım maşını da sudan keçə bilməyib

Dünən günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik, qaz, su təsərrüfatında qəzalara səbəb oldu, yollar bağlandı. Avtosfer.az virtualaz.org-a istinadənı xəbər verir ki, qarın əriməsi nəticəsində isə Bakıda və ətraf qəsəbələrdə bəzi yollar, səkilər sular altında qalıb. Hər yağışdan sonra sular altında qalan rayonlardan biri də Sabunçudur. Sabunçu vağzalı ətrafında avtobusların hərəkəti məhdudlaşıb, sakinlərin gediş-gəlişi çətinləşib. Çağırışa gedən təcili tibbi yardım maşını da Sabunçu vağzalının sularından keçə bilməyib. Təcili tibbi yardım maşını ətrafda olanların köməyi ilə sudan çıxarılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh