Gələn ilin ilk hərracı: Bakıda 3 minə “KİA”, 5 minə “BMW” satılacaq - SİYAHI

Avtobazar 28 Dekabr 2018 15:54 Oxunub 1928
Gələn ilin ilk hərracı: Bakıda 3 minə “KİA”, 5 minə “BMW” satılacaq - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərraca ümumilikdə 5 avtomobil çıxarılacaq

Bir neçə dövlət qurumunun balansında olan avtomobillər hərraca çıxarılıb. Avtosfer.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi növbəti ilin 22 yanvar 2019-cu ildə hərraca çıxarılacaq avtomobillərin siyahısını təqdim edib. Bu dəfəki hərraca ümumilikdə 5 avtomobil çıxarılıb ki, onlardan 3-ü Daxili İşlər Nazirliyinə məxsusdur.

Avtosfer.az hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını təqdim edir:

Qeyd: 1-ci sətirdə  Azərbaycan Respublikasının Vergilər Nazirliyinin balansında olan  nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə  təkrar hərraca çıxarılır.

           2-ci sətirdə  Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin balansında olan  nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

 Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elcin 4 Yanvar 2019 14:10
Salam sizinle nece danışmaq olar elaqe nomresi yoxdu seyfede