Bu sürücü 120-lik yolun solağını “satın alıb” - VİDEO
Oxucu məktubları 29 Dekabr 2018 00:24 3618 dəfə oxunub
Bu sürücü 120-lik yolun solağını “satın alıb” - VİDEO
Yolun sol zolağını tutub elə gedir ki, elə bil ona miras qalıb

Sürücülərdən biri Aeroport yolu istiqamətində ən sol zolaqla aşağı sürətlə hərəkət edən 90 NP 928 dövlət qeydiyyat nişanlı “Wolksvagen” markalı avtomobilin sürücüsünün kobud hərəkətini əks etdirən videonu Avtosfer.az-a göndərib. Videonu paylaşan sürücü işıqları yandırıb-söndürməklə nə qədər yol istəsə də, videonun "qəhrəmanı" sağ zolağa manevr etmir. Elə bil bu zolaq ona miras qalıb və ancaq onundur. Sürücü artıq bu barədə DYP rəsmilərinə rəsmi şikayət də edib. Xatırladaq ki, bu halda sürücünü zolaqlar üzrə düzgün yerləşmədiyinə, sağ zolaq boş ola-ola sol zolaqla hərəkət etməyə gör İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə 40 manat cərimə gözləyir. 
Avtosfer.az görüntüləri təqdim edir.

 

Kənan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh