DYP-nin səlahiyyətlərindən biri ləğv edilir – Artıq avtomobillərin texniki baxışını aparmayacaq

Yol polisi 29 Dekabr 2018 12:45 Oxunub 5207
DYP-nin səlahiyyətlərindən biri ləğv edilir – Artıq avtomobillərin texniki baxışını aparmayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol Polisinin səlahiyyətlərindən biri əlindən alındı

Azərbaycanda Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətlərindən biri ləğv edilir.

 

Avtosfer.az-ın AvtoReyd.Az-a istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

 

Proqrama əsasən, Nazirlər Kabineti 2019-2021-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi ilə birlikdə nəqliyyat vasitələrinin texniki baxışının təkmilləşdirilməsi, texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini təmin etməlidir.

 

Eyni zamanda bu müddət ərzində Nazirlər Kabineti Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi sahibkarlar tərəfindən texniki baxışın həyata keçirilməsi qaydasının hazırlanması və bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin müəyyən edilməsini təmin etməlidir.

 

Qeyd edək ki, hazırda nəqliyyat vasitələrinin texniki baxışının həyata keçirilməsi Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətlərinə daxildir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh