Şəki polisi təhsil müəssisələrində - FOTO

Yol polisi 30 Dekabr 2018 01:22 Oxunub 1511
Şəki polisi təhsil müəssisələrində - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni ildə də bu istiqamətdə tədbirlər davam etdiriləcək

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında daha bir tədbir keçirilib. Şəki şəhəri, Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseydə keçirilən tədbirdə Şəki Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev, rayon prokuroru, baş ədliyyə müşaviri Elmar Camalov, Şəki rayon Dövlət Yol Polisi Bölməsinin inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, məktəbin direktoru Firqət Məmmədov, müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin yekununda məktəbin direktoru Firqət Məmmədov belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu cür maarifləndirici tədbirin keçirilməsinə görə hüquq mühafizə orqanlarının rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirib.
Yeni təqvim ilində də təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh