Yuxulu sürücü Prezident Adminstrasiyasının qarşısında qəza törətdi – VİDEO-FOTO

Qaydalar 30 Dekabr 2018 01:50 Oxunub 4316
Yuxulu sürücü Prezident Adminstrasiyasının qarşısında qəza törətdi – VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“İki gündür yuxusuzam, sürətlə gəlirdim, bir də ayıldım ki, üç maşını əzmişəm”

Bu gün saat 23.30 radələrində Bakının mərkəzində - Niyazı küçəsi ilə İstiqlaliyyət küçəsinin kəsişməsində ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Prezident Adminstrasiyasının qarşısındakı yolayrıcında baş verən qəzada 4 minik avtomobili toqquşub. “Hyundai” markalı avtomobil Azneftdən üzü PA-ya qalxarkən yolayrıcında dayanan avtomobilləri vurub. Toqquşma nəticəsində 3 avtomobil əzilib. Hadisə yerinə yanğınsöndürən, təcili yardım və yol polisləri gəlib. Qəza nəticəsində iki nəfər yüngül xəsarət alsa da, avtomobillərə xeyli ziyan dəyib.
Hadisə yerində yaranmış sıxlığı yol polisləri aradan qaldırıb, qısa müddətdə hərəkət bərpa olunub.
Hadisə yerində olan “Hyundai”ın sürücüsü Avtosfer.az-a bildirib ki, iki gündür normal yuxu yatmayıb, qəza baş verəndə sürətlə hərəkətdə olub: “Sürətlə yuxarı qalxırdım, yuxusuz idim, bir də onda ayıldım ki, 3 maşını əzmişəm”.
Faktla bağlı araşdırma aparılır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh