Səbaildə 9-cu Polis Bölməsinin binası əsaslı təmirdən sonra - FOTO

Yol polisi 30 Dekabr 2018 01:56 Oxunub 1251
Səbaildə 9-cu Polis Bölməsinin binası əsaslı təmirdən sonra - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Açılış mərasimində generallar da iştirak edib

Dekabrın 29-da  Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasının əsaslı təmirdən sonra açılışı olub. Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN Maddi-TexnikiTəminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov və Rayon Polis İdarəsinin rəhbərliyi iştirak ediblər. 
Məlumat verilib ki, təmirinə bu ilin aprel ayında başlanılmış inzibati bina 34 otaqdan və 70 yerlik akt zalından ibarət olmaqla, ümumi sahəsi 1130 kvadrat metrdir. Müasir standartlara uyğun təmire dilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventarlarla təchiz edilib, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb.
Tədbir iştirakçıları növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və komputer sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olublar.
Baş idarə rəisi M.Seyidov bölmənin şəxsi heyətinin daha səmərəli və rahat xidməti fəaliyyət göstərməsi üçün yaradılmış belə yüksək şəraitə, eləcə də daimi hiss edilən ali diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, bütün bunlar şəxsi heyəti daha yaxşı işləməyə ruhlandıracaq və inzibati binaya gələcək vətəndaşların rahatlığına xidmət edəcək.
 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh