Yol polisləri gec gəlsəydi maşın yana bilərdi - VİDEO

Yol polisi 30 Dekabr 2018 02:09 Oxunub 1867
Yol polisləri gec gəlsəydi maşın yana bilərdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Suyu vaxtında verməsəydilər yanğın genişlənib sürücüyə daha çox ziyan vuracaqdı

Dünən Sabirabad rayonu ərazisində “VAZ-2107” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib. Avtomobil hərəkətdə olan zaman qəflətən tüstüləməyə başlayıb. Sürücü yanğını söndürməyə çalışarkdən yoldan keçən YPX əməkdaşları ona yardım ediblər. Avtosfer.az xəbər verir ki, ərazidən keçən Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının 12-ci tağımının əməkdaşları avtomobilin yandığını görən kimi geriyə dönərək hadisə yerinə yaxınlaşıblar. DYP maşını dayanan kimi inspektor maşındakı su qabını sürücüyə atıb. Sürücü dərhal həmin su ilə yanğını söndürə bilib.
Avtomobilin sahibi bildirib ki, yol polislərinin kiçik bir köməyi ilə yanğının qarşısını ala bilib. Əks halda yanğın genişlənib ona daha çox ziyan vura bilərdi.
Qeyd edək ki, bu ilin yay aylarından etibarən YPX Alayının bütün şəxsi heyəti xidməti avtomobilləri, eləcə də stasionar postları sürücü və sərnişinlər üçün içməli su ilə təchiz edirlər.
Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh