Yolayrıcını hansı ardıcıllıqla keçə bilərlər? – YENİ SUAL

Yarışma 23 Fevral 2015 19:46 Oxunub 2702
Yolayrıcını hansı ardıcıllıqla keçə bilərlər? – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin sulaını təqdim edir. Budəfəki sualımız svetoforun siqnallarına riayət edilməsi ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Şəkildəki hərəkət iştirakçıları bu nizamlanan yolayrıcını hansı ardıcıllıqla keçə bilərlər? 

A) Belə svetofor velosipedçilərin hərəkətini tənzimləmədiyindən velosipedçi hər bir halda avtomobilə yol verməklə hərəkət edə bilər;

B) İlk olaraq düzünə hərəkət edən velosipedçi, daha sonra sola dönən minik avtomobili keçməlidir;

C) İlk olaraq sola dönən minik avtomobili, daha sonra düzünə hərəkət edən velosipedçi keçməlidir;

Ç) Qaydalar belə vəziyyəti tənzimləmədiyindən velosipedçi və sürücü öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Umid 10 Noyabr 2014 22:55
A Belə svetofvelosipedçilərin hərəkətini tənzimləmədiyindən velosipedçi hər bir halda avtomobilə yol verməklə hərəkət edə bilər;
fikret 10 Noyabr 2014 22:55
b varianti
Nusret 005 10 Noyabr 2014 22:55
Cavab B varianti
Nusret 005 10 Noyabr 2014 22:55
Cavab B varianti
qoshqar 10 Noyabr 2014 22:55
A varianti 0552637462
Əhəd 10 Noyabr 2014 22:55
C varianti
Gasım 10 Noyabr 2014 22:55
salam. Avtomobil qarşıdan gelen velosipede yol vermeli ve ondan sonra sola döne biler. Madde 75.1
Vidadi Memmedov 10 Noyabr 2014 22:55
A Belə svetofvelosipedçilərin hərəkətini tənzimləmədiyindən velosipedçi hər bir halda avtomobilə yol verməklə hərəkət edə bilər;
Ras had 10 Noyabr 2014 22:55
cavab C