Yol nişanı quraşdırılmadığı üçün qəza baş verir – VİDEO

Yazarlar 31 Dekabr 2018 00:09 Oxunub 1699
Yol nişanı quraşdırılmadığı üçün qəza baş verir – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəfələrlə məlumat verilsə də, məsələ hələdə öz həllini tapmayıb

Bakı-Ələt yolunun 15-ci kilometrində (Lökbatan dairəsində) hərəkətin təşkilindəki problem qəzalara yol açır. Avtosfer.az xəbər verir ki, Lökbatan dairəsinə birləşən dörd yolun üçündə 4.3 dairə nişan var. Yalnız Bakı-Dairəvi yolundan çıxıb həmin dairəyə yaxınlaşan sürücülər üçün qeyd etdiyimiz nişan quraşdırılmayıb.Bu səbəbdən də həmin istiqamətdən gəlib dairəyə daxil olan sürücülər oranı adi yolayrıcı hesab edərək sağdan gələnlərin üstün olduğu kimi qiymətləndirirlər. Bir istiqamətdə nişanın olmaması bütövlükdə yolayrıcının keçilmə qaydasını alt-üst edir. Yol hərəkətinin təşkilindəki səhv sürücünün hüquqlarının pozulması ilə nəticələnə bilməz.
Bu nişanla bağlı dəfələrlə saytda məlumat verməyimizə baxmayaraq məsələ hələdə öz həllini tapmayıb.
 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh