Yol polisi toy karvanında halı pisləşən sərnişini xilas etdi - VİDEO

Yol polisi 31 Dekabr 2018 01:10 Oxunub 1776
Yol polisi toy karvanında halı pisləşən sərnişini xilas etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təcili yardım gələnə kimi yol polisi xəstəni patrul maşını ilə xəstəxanaya çatdırıb

Dekabrın 30-da saat 17:30 radələrində Bərdə-Tərtər yolunda toy karvanında hərəkət edən “Mercedes” markalı, 99 FX 407 dövlət nömrə nişanlı avtomobildə olan sərnişinin halı pisləşib. Bakının Qaradağ rayon sakini 1983 təvəllüdlü Fərid Marıf oğlu Soltanovun səhhəti qəflətən pisləşdiyi üçün toy karvanı yol kənarında dayanıb. Hadisə yerinə təcili yardım çağırılsa da, bir qədər gec gəlib. Bunu görən və həmin ərazidə xidmət edən Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının 13-cü tağımının inspektoru Ülfət Abbaslı dərhal hadisə yerinə yaxınlaşıb. Vəziyyəti öyrəndikdən sonra isə vaxt itirmədən həmin şəxsi 99 YP 982 nömrəli patrul avtomobilinə əyləşdirərək Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsindən sonra xəstənin durumu yaxşılaşıb. Yaxınlar yol polisinin bu fədakarlığını alqışlayaraq DİN və DYP rəhbərliyinə təşəkkür edib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh