DYP reyd keçirdi: 20-yə yaxın sürücü cərimələnib

Yol polisi 2 Yanvar 2019 13:36 Oxunub 1378
DYP reyd keçirdi: 20-yə yaxın sürücü cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reydlər bir neçə gün davam edəcək

Bərdə rayonunda sürücülərə qarşı reyd keçirilib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Bərdə rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi tədbir bayram axşamı yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi və kobud qayda pozuntuları törədən sürücüləri aşkarlamaq məqsədi daşıyıb.  Gecə saatlarına qədər davam edən reyd zamanı 20-yə yaxın sürücüyə protokol tərtib olunub. Bir neçə avtomobil isə müvəqqəti saxlama dayanacağına yerləşdirilib. Reydlər bir neçə gün davam edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh