Bərdədə maşın elektrik dirəyinə dəyib, yaralılar var - FOTO

Qaydalar 2 Yanvar 2019 23:15 Oxunub 1487
Bərdədə maşın elektrik dirəyinə dəyib, yaralılar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"BMW" markalı avtomobil idarəetməni itirərək elektrik dirəyinə dəyib

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Meşəçilik İnstitutu adlanan ərazidə qeydə alınıb. "BMW" markalı avtomobil idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə dəyib. Nəticədə avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı "təcili yardım" avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Deformasiyaya uğramış avtomobildən xəsarət alan şəxslər çıxarılıb. Qəza nəticəsində elektrik dirəyi yarasız vəziyyətə düşdüyündən qəsəbəyə verilən elektrik enerjisi dayandırılıb.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh