Yol hərəkəti ilə bağlı ciddi yeniliklər olacaq- VİDEO

Yazarlar 3 Yanvar 2019 23:33 Oxunub 1296
Yol hərəkəti ilə bağlı ciddi yeniliklər olacaq- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti iki il ərzində Azərbaycanda qəza təhlükəli yol sahələrinin və qəza ocaqlarının interaktiv xəritəsi yaradılacaq

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramının tətbiqi ilə ölkədə yol nəqliyyatı sahəsində mühüm dəyişikliklərin müşahidə olunacağı gözlənilir. Avtosfer.az RealTV-yə istinadən xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Dövlət Proqramında Azərbaycanın avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılması nəzərdə tutulur. Belə ki, növbəti üç ildə yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılması, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılması planlaşdırlır.

Dövlət proqramında nəzərdə tutulan daha bir ciddi yenilik avtomobillər texniki baxışdan DYP yox, xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlar tərəfindən keçirilməsidir.

Bundan başqa, növbəti iki il ərzində Azərbaycanda qəza təhlükəli yol sahələrinin və qəza ocaqlarının interaktiv xəritəsi yaradılacaq. Dövlət Proqramında həmçinin, “Yol nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması da nəzərə tutulub.

2019-2022-ci illərdə Azərbaycanda mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması nəzərdə tutulub.

Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin siyahısı da hazırlanacaq.

Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması qaydalarının hazırlanması da Dövlət Proqramında nəzərdə tutulan yeniliklərdəndir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh