Salyanda ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı - FOTO

Avtosfer Foto 3 Yanvar 2019 20:01 Oxunub 1938
Salyanda ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“BMW” yağışlı havada sərt döngədə “Kamaz” markalı yük maşınına çırpılıb

Bu gün axşam saatlarında Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Salyan Mərkəzi Rayon Xəstəxanasının (MRX) qarşısından keçən yolda 27 yaşlı Salyan sakini Seyidabdulla Şahin oğlu Ağalarovun idarə etdiyi 10 MT 211 dövlət nömrə nişanlı “BMW” markalı minik maşını yağışlı havada hərəkətdə olarkən sərt döngədə idarəetməni itirərək qarşı-qarşıya “KamAZ” markalı yük maşınına çırpılıb. Ağır xəsarətlər alan sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişin-33 yaşlı Tural Tahir oğlu Tarıverdiyev isə  müxtəlif dərəcəli xəsarətlərlə Salyan MRX-yə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh