Nadir “Ferrari” satışa çıxarıldı - FOTO

Avtobazar 3 Yanvar 2019 23:59 Oxunub 2225
Nadir “Ferrari” satışa çıxarıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət yeni platformanın zəif cəhətlərini üzə çıxarmaq istəyib

1964-cü ildə istehsal edilən və “250 GT SWB Berlinetta” modelinin davamçısı kimi istehsal edilən “Ferrari 275 GTB” satışa çıxarılıb. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, model “Tipo 213” mühərriki ilə təchiz edilib. İstehsaldan bir il sonra maşını rallidə sınaqdan keçiriblər. Şirkət yeni platformanın zəif cəhətlərini üzə çıxarmaq istəyib. Sınaqlar üçün “Ferrari 275 GTB” modeli əlavə olaraq blok differensialı, optika və “Dunlop” şinləri ilə təchiz edilib. Avtomobil “Monte-Karlo” rallisində iştirak edib və sonra bir kolleksionerə satılmışdı. 1977-ci ildə avtomobili ABŞ-da bir şəxsə satdılar. Son 25 il ərzində “275 GTB” modeli haqqında heç nə eşidilmədi. İndi isə satışda ona 6-8 milyon dollar təklif edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh