Toyda faciə: Döyülən bəy maşının altında qaldı - FOTO

Avtosfer Foto 4 Yanvar 2019 23:55 Oxunub 1576
Toyda faciə: Döyülən bəy maşının altında qaldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşın və xəstəxana xərclərini ödəmək üçün dostları pul toplamağa başlayıb

Çində Ai Quanqto adlı bəy toy ənənələrinə görə dostları tərəfindən döyülüb. Avtosfer.az teleqraf.com-a istinadən bildirir ki, bu adət faciə ilə nəticələnib. Bəy dostlarının əlindən qaçmağa çalışarkən, qəflətən qarşıdan normal sürət həddi ilə gələn maşının altına düşüb. Fərqli adətləri olan Çində yaşanan bu hadisə hər kəsi təəccübləndirib. Dostları tərəfindən xəstəxanaya aparılan 24 yaşlı bəyin bədənində ciddi şəkildə qırıq aşkarlanıb. Qeyd edək ki, Ai Quanqtonun müalicəsi həftələrlə davam edəcəyi üçün toyu təxirə salınıb. Maşın və xəstəxana xərclərini ödəmək üçün dostları pul toplamağa başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh