Sahibsiz qarajdan 11 ədəd yeni "BMW" tapıldı - FOTOLAR

Avtoxəbər 4 Yanvar 2019 14:55 Oxunub 4007
Sahibsiz qarajdan 11 ədəd yeni "BMW" tapıldı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların ilkin qiyməti 15 min avrodan başlayır

Bolqarıstanın Blaqoyevqrad şəhərində BMW markalı retro avtomobil modellərinin olduğu atılmış anbar tapılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, anbarda 1994-cü il istehsalı olan 11 ədəd E34 kuzovlu "BMW 5 Series" avtomobili aşkar edilib. Sahibi onları həmin vaxt ölkədə ilk avtomobil icarəsi xidməti təşkil etmək üçün alıb. Bildirilir ki, bütün avtomobillər yenidir və ideal vəziyyətdədir, çünki son 25 il ərzində konservləşdirilmiş vəziyyətdə olub.

Retro avtomobillərin hərraca çıxarılması planlaşdırılır. Onların ilkin qiyməti 15 min avrodan başlayır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh