Nömrən 555-dirsə səni saxlayan olmayacaq? - "Protiv" gedən sürücü – VİDEO

Avtoreyd 4 Yanvar 2019 13:14 Oxunub 3524
Nömrən 555-dirsə səni saxlayan olmayacaq? - "Protiv" gedən sürücü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP tezliklə sürücünün tapılıb məsuliyyətə cəlb edilməsini təmin edəcək

Avtosfer.az saytında mütəmadi olaraq kobud qayda pozanların, xüsusən, əks yola çıxanların videogörüntüləri yayılır. Bəlkə də ən çox belə hallarda hadisənin Azadlıq prospektində olduğu əks olunub. Xüsusən də bahalı avtomobil sahibləri və xüsusi seçilən dövlət qeydiyyat nişanlı avtomobil sürücüləri bu yolda əks istiqamətə çıxırlar. Sanki arxayındırlar ki, onları DYP əməkdaşları görsələr də saxlamayacaq. Avtosfer.az olaraq düşünürük ki, bu yola nəzarət daha da gücləndirilməlidir. Xüsusən, kamera görüntüləri daim diqqətdə saxlanılmalıdır. Dekabrın 3-də, saat 19:24 radələrində "Volkswagen" markalı, 10 DG 555 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Azadlıq prospektində əks yola çıxan zaman kameraya düşüb.
Nəzərinizə çatdıraq ki, sürücüyə bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinə əsasən 100 manat 4 bala dəyərində cərimə tətbiq oluna bilər. Ümid edirik ki, DYP tezliklə sürücünün tapılıb məsuliyyətə cəlb edilməsini təmin edəcək. Artıq bu barədə rəsmi şikayət də edilib. 
Avtosfer.az görüntüləri təqdim edir.

 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh