Unitaza mühərrik qoşub, qartəmizləyən düzəltdi - VİDEO

Maraqlı 23 Fevral 2015 15:32 Oxunub 2580
Unitaza mühərrik qoşub, qartəmizləyən düzəltdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu görüntülər ABŞ-ın Merilend ştatında lentə alınıb

Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, unitaza mühərrik qoşub, hər kəsin marağına səbəb olan bu görüntülər ABŞ-ın Merilend ştatında lentə alınıb.  Qışın oğlan çağında dizə qalxan qardan cana yığılan bir sakin öz qəribə təmizləmə üsulu ilə xəbər başlığına çevrilib. Üzərində unitaz olan təkərli platformaya iki mühərrik qoşan Devid Qoldberq, qeyri adi maşına qar püskürdən sistem də əlavə edib. Hər iki mühərikin köməyi ilə küçədə hərəkət edən qəribə görünüşlü maşın, yoldakı qarı kənara səpələyir. Çoxları bu qəribə qar maşınını görəndə təəccüblənsə də, Devid Qoldberqin bu ixtirasına hamıdan çox qonşuları sevinir. Ən azından ona görə ki, onların küçəsi, həyət-bacası artıq “xokkey meydançası” deyil. Amma belə getsə , Devid Qoldberq oturduğu yerdən qalxmayacaq. Buna səbəb,  sinoptiklərin hələ də ağızlarını xeyirə açmamasıdır. Bildirilir ki, qarlı hava şəraiti  davam edəcək, bölgədə vəziyyət daha da pisləşəcək. Son  120 ilin ən şiddətli qışını yaşayan amerikalılar, bu əlverişsiz hava şəraitində  20-dən çox itki verib. Tələfatın daha da artacağı isə istisna edilmir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh