Yol polisi Xaçmazda uşaqlara yol qaydalarını öyrədir – VİDEO

Yol polisi 4 Yanvar 2019 14:40 Oxunub 1574
Yol polisi Xaçmazda uşaqlara yol qaydalarını öyrədir – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşları uşaqları maraqlandıran sualları cavablandırıb, onları diqqətli olmağa səsləyib

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 2-ci tağımının əməkdaşları Xaçmaz rayonunun “4-сü şöbə” yaşayış məntəqəsində məktəblilərlə görüşüb. Avtosfer.az xəbər verir ki, görüşdə əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etməkdir. Görüşdə məktəblilərə yol nişanları haqqında məlumat verilib. Yollarda piyadalar üçün nəzərdə tutulan zolaqlardan istifadənin zəruriliyindən danışılıb. 
YPXA-nın 2-ci tağımının baş inspektoru Telman Mustafayev deyib ki, bu cür görüşlər bir çox məktəblərdə keçirilib: “Məqsəd uşaqların məktəbdən çıxarkən, yaxud dərsə gedərkən təhlükəsiz hərəkətini təmin etmək və onların mənzil başına sağ-salamat çatmasına nail olmaqdır. Biz uşaqlarla “Yol hərəkəti haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş maddələri müzakirə edirik”.
Xaçmazın Qusarçay tam orta məktəbində keçirilən görüşdə də “Yol hərəkəti haqqında” qanunun tələbləri, yollarda nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Dövlət Yol Polisi əməkdaşları uşaqları maraqlandıran sualları cavablandırıb, onları yollarda diqqətli olmağa səsləyib. 
Tədris ocaqlarında keçirilən maarifləndirici görüşlər davam etdiriləcək.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh