Dərnəgül yolunda tunellərə yeni radar quraşdırılıb – Sürət həddini aşmayın
Yazarlar 5 Yanvar 2019 00:30 7159 dəfə oxunub
Dərnəgül yolunda tunellərə yeni radar quraşdırılıb – Sürət həddini aşmayın
Bunu mənasız bilənlərin çoxusu intizamsız sürücülərdir

Sosial şəbəkələrdə məlumat yayılıb ki, Ziya Bünyadov prospektindəki tuneldə 60 km/saat sürətə uyğunlaşdırılmış yeni radarlar quraşdırılıb. Hansı ki, bu xəbər 2016-cı ildə yayılıb və bəziləri onu yeni xəbər kimi yayırlar. Məsələ xəbərin köhnə və ya təzə olmasında deyil, iş orasındadır ki, bunu eşidən sürücülər həmin məlumata reaksiya verərək orada sürətin aşağı salınmasının və radar qurulmasının “DYP-nin tələsi” olduğunu düşünür. Sürücülər bildirir ki, tuneldə hərəkət sürətinin aşağı salınması mənasızdır. Amma bu, heç də mənasız deyil. Bunu mənasız bilənlərin çoxusu intizamsız sürücülərdir. Sürücülər özlüyündə heç araşdırmır ki, görəsən burada niyə hərəkət sürəti aşağı salınıb?
Tunel təhlükəli yol sahəsi olduğu üçün orada hərəkət sürətini aşağı salırlar. Tuneldə qəza şəraitindən yayınmaq üçün yer məhdud olduğu üçün, işıqlı yol sahəsindən qəfil qaranlıq yol sahəsinə keçid olduğu üçün hərəkət sürətini aşağı salırlar. Orada süni işıqlandırma olmasına baxmayaraq Günəş işığından süni işıqlandırma olan yerə keçən zaman insanın gözü bir neçə saniyədən sonra adaptasiya olur. Təsəvvür edin ki, tunelin girişində nasaz avtomobil dayanıb (qaranlıq hissədə dayanıb, hansı ki, siz işıqlı yerdən gələndə onu görmürsünüz) və siz 90 km-saat sürətlə gəlib tunelə daxil olursunuz. Bu zaman qəza qaçılmaz olacaq. Unutmayın ki, dəfələrlə bu cür yol-nəqliyyat hadisələri baş verib. Ona görə hərəkət sürətini aşağı salıblar ki, siz 60 km/saat sürətlə tunelə daxil olanda həmin təhlükəni görən an qəzadan yayına biləsiniz. Odur ki, hər şeyə tələ kimi baxmayın. Qəza törədib dəmir barmaqlıqlar arasına düşmək özü bir tələ olacaq. Ona görə də, səbirli olaraq qaydalara riayət etmək lazımdır.

 

Təbriz Yusubov

ŞƏRH YAZ
Ad
E-mail
Şərh