Maşın yanacaqdoldurma məntəqəsinə girdi, yaralılar var - FOTO

Qaydalar 5 Yanvar 2019 01:24 Oxunub 2272
Maşın yanacaqdoldurma məntəqəsinə girdi, yaralılar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil əvvəlcə "Mercedes" və "Nissan"a, sonra isə YDM-nin ofisinə çırpılıb

Bərdə rayonunda 3 avtomobilin toqquşması, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Koroğlu küçəsində qeydə alınıb. 32 yaşlı yaşlı Mirzəyev Emil Kamil oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə "Mercedes" və "Nissan" markalı minik avtomobillərinə, sonra isə yoldan çıxaraq yanacaqdoldurma məntəqəsinin ofisinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü E.Mirzəyəv və sərnişin Mobilli Rəvan Kamil oğlu xəsarət alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Ərazidə müayinə aparılıb və qəzaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh