Ağır yol qəzası: ölənlər və yaralananlar var

Avtoxəbər 5 Yanvar 2019 10:15 Oxunub 1841
Ağır yol qəzası: ölənlər və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
3 avtomobil tamamilə yanıb

ABŞ-da ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Floridada qeydə alınıb. "Disney World" əyləncə parkına gedən yolda 2 yük, 1 minik avtomobili və mikroavtobus toqquşub. Qəza nəticəsində 7 nəfər ölüb. Onlardan 5-i uşaqlardır. Qeyd edilir ki, uşaqlar mikroavtobusla "Disney World" əyləncə parkına gedirmiş. Hadisə zamanı həmçinin 8 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, yük avtomobillərinin toqquşması həmçinin yanğına səbəb olub. Nəticədə 3 avtomobil tamamilə yanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh