Sabah Bakıda bu küçələrdə hərəkət qadağan olunacaq - SİYAHI

Avtoxəbər 25 Fevral 2015 18:02 Oxunub 2052
Sabah Bakıda bu küçələrdə hərəkət qadağan olunacaq - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xocalı prospektində və ona küsişən küçə və yollarda hərəkət dayandırılacaq

Azərbaycanın tarixi yaddaşına qanla yazılmış Xocalı faiciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq fevralın 26-da Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Onun bildirdiyinə görə, evralın 26-da saat 7-dən tədbir tam başa çatanadək Xocalı prospektində yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xətai rayonu, Xocalı prospekti və ona kəsişən küçə və yollarda - Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Sergey Senyuşkin, İzzət Orucova, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

BŞDYPİ vətəndaşlara göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ismayil 10 Noyabr 2014 22:55
Salam.Zehmet olmasa bu meqalede yuxarda yerleshdirdiyiniz shekildeki nishanlama xetleri haqqinda aydinliq veresiz.Ortada adaciq kesik gosterilib.Neye gore elediShekilde Bakidi