Oğurlanan maşını Gədəbəydə tapılan şəxs: “Qapını sakitcə örtüb, gedib” – VİDEO

Xəbərlər 5 Yanvar 2019 22:05 Oxunub 1466
Oğurlanan maşını Gədəbəydə tapılan şəxs: “Qapını sakitcə örtüb, gedib” – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar davam edir

Tovuz rayonunun Abulbəyli kəndi ərazisindən kənd sakini Qabil Bayramova məxsus "Mercedes" markalı avtomobil gecə saatlarında qaçırılıb. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, maşının sahibi dərhal DİN-in "102 zəng" mərkəzinə müraciət edib. Bundan sonra Tovuz Rayon Polis Şöbəsinin əməliyyat qrupu hərəkətə keçib. Axtarış tədbirləri nəticəsində oğurlanan maşın Gədəbəy rayonunun Slavyanka ərazisində tapılıb.

Cinayəti törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mehdiyev polis tərəfindən saxlanılıb.

Qabil Bayramov - avtomobilin sahibi: "Hasardan aşıb, sakitcə içəridən darvazanı aşıb. Maşını itəliyib çıxarıb çölə, qapını sakitcə örtüb, gedib".

Faktla bağlı araşdırmalar davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh