Vern: “İstərdim ki, Formula 1 və Formula E yarışları birləşdirilsin”

Yarışma 5 Yanvar 2019 21:46 Oxunub 1355
Vern: “İstərdim ki, Formula 1 və Formula E yarışları birləşdirilsin”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu, heç də pis olmazdı”

Formula E yarışlarının indiki çempionu, Formula 1 yarışlarında da çıxış təcrübəsi olan Jan-Erik Vern Formula E ilə Formula 1-in haçansa bir seriya şəklində birləşdirilməsinin əleyhinə deyil.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Vern deyib: “Gələcəkdə, təqribən 2030-cu ildə yalnız elektromobillər və ən yeni texnologiyaların tətbiq edildiyi avtomobillər qalacaq. Formula 1 yarışlarında elektrikdən istifadə məsələsinə yanaşmanı tamamilə dəyişmək lazım gələcək, lakin bu məsələni mən həll edə bilmərəm. Formula 1 həmişəlik Formula 1 kimi qalacaq. Bu, avtomobil idmanı tarixində ən mühüm seriyadır”.

Vern daha sonra deyib: “Formula E Formula 1-dən bir qədər fərqlənir və mənim fikrimcə, onunla rəqabət aparmır. Lakin bəzən eşidirəm ki, günlərin bir günü bu seriya birləşə bilər. Mən istərdim ki, belə olsun, çünki bu halda həm Formula 1-in, həm də Formula E-nin ən yaxşı cəhətlərini birləşdirmək olar. Bu, heç də pis olmazdı”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh