“Hyundai”ın Çexiyadakı zavodunun konveyerindən 300 mindən çox avtomobil buraxılıb

Avtoxəbər 5 Yanvar 2019 23:16 Oxunub 1380
“Hyundai”ın Çexiyadakı zavodunun konveyerindən 300 mindən çox avtomobil buraxılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müəssisədə 318 min avtomobilin yığılması planlaşdırılır

“Hyundai” şirkətinin Çexiyanın Noşovitse şəhərində yerləşən zavodu 340300 avtomobil istehsal edib ki, bu da 2017-ci illə müqayisədə 16400 ədəd (4,6 faiz) az, lakin əvvəlcədən planlaşdırıldığından 300 avtomobil (3,1 faiz) çoxdur. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, qarşıya qoyulan plana əsasən 2018-ci ildə konveyerdən 330 min avtomobil buraxılmalı idi.

İstehsal həcminin azalmasına bəzi Avropa bazarlarında, məsələn, məhz Brexitin yaxınlaşması ilə əlaqədar avtomobillərə tələbatın azaldığı Böyük Britaniyada mənfi proqnozlar səbəb olub. Cari ildə 3300-dən artıq insanın işlə təmin olunduğu müəssisədə 318 min avtomobilin yığılması planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh