Bir neçə ay əvvəl aldığı maşını oğurladılar - VİDEO

Xəbərlər 5 Yanvar 2019 19:35 Oxunub 1506
Bir neçə ay əvvəl aldığı maşını oğurladılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda minik avtomobili oğurlanıb. Avtosfer.az-ın məlumatına görə, axşam avtomobilini yaşadığı binanın həyətində saxlayan şəxs səhər işə gedəndə nəqliyyat vasitəsinin oğurlandığını görüb. Hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində Qabil Kərimovun başına gəlib.

Zərərçəkmişin sözlərinə görə, bir gün əvvəl ''Vaz-2107'' markalı avtomobilini öz yaşadığı binanın həyətində saxlayaraq evinə qalxıb.

Qabil Kərimov dərhal ''102'' xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 13-cü polis bölməsinin əməkdaşları gəlib baxış keçiriblər. Qabil Kərimov 2009-cu il istehsalı olan həmin avtomobili bir neçə ay əvvəl 7 min manata aldığını deyir.

13-cü polis bölməsindən bildirdilər ki, faktla bağlı araşdırma aparılır. Ərazidəki bütün obyektlərin təhlükəsizlik kameralarına da baxış keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh