İlin ən pis maşınlarının adı açıqlandı - Siyahıda elə maşınlar var ki...

Avtoxəbər 5 Yanvar 2019 23:25 Oxunub 4888
İlin ən pis maşınlarının adı açıqlandı - Siyahıda elə maşınlar var ki...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Audi Q8”, "Duster", "Mini", “Volvo V60”...

Məşhur britaniyalı aparıcı Ceremi Klarkson 2018-ci ilin ən bərbad maşınlarının adını açıqlayıb. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, avtomobil istehsalçılarını daim tənqid edən Klarkson 5 avtomobilin adını çəkib. Onun siyahısında “Abarth 695 Rivale” və “Audi Q8” modelləri var. Klakrskon “Abarth 695 Rivale” modelini çətin idarə edilən, “Audi Q8” isə ağlını itirənlərə münasib adlandırıb.

Bundan başqa “Sunday Times” nəşri üçün sınaq yürüşündə aparıcı “Renault Duster” modelinin də adını çəkib. Onun fikrinə görə bu modelin mühərriki zəifdir. Bundan başqa “Mini” avtomobilinin xüsusi versiyası da narahat olduğu üçün Klarksonun siyahısına düşüb.

Beşinci yerdə isə “Volvo V60” universal modelidir. Klarksonun fikrinə görə, bu avtomobil konkret olaraq intim həyatını bitirənlər üçün nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh