Dünyanın ən bahalı balığına milyonlar ödədilər - FOTO + VİDEO
Maraqlı 5 Yanvar 2019 21:26 227 dəfə oxunub
Dünyanın ən bahalı balığına milyonlar ödədilər - FOTO + VİDEO
Yaponiyada bir çox suşi restoranı olan Kiyoşi Kimura bu balığı alan şəxs olub

Tokioda 278 kilo çəkisi olan, mavi üzgəcli bir orkinos balığı 333 milyon yen (5 milyon manata yaxın) qiymətə satılıb. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, rekord qiymətə satılan balıq Tokionun yeni balıq bazarında satılıb. Tokionun yeni balıq bazarında ənənəvi tədbir keçirilib. Səhər saatlarında başlayan hərracda mavi üzgəci olan orkinos balığı rekord qiymətə alıcısını tapıb. Yaponiyanın şimalındakı Aomori əyalətində tutulan və çəkisi 278 kilo olan balığa 333 milyon yapon yeni verilib. Yaponiyada bir çox suşi restoranı olan Kiyoşi Kimura bu balığı alan şəxs olub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh