DTX, DİN və Milli Məclis maşınlarını satışa çıxardı - QİYMƏT

Avtobazar 5 Yanvar 2019 21:16 Oxunub 1994
DTX, DİN və Milli Məclis maşınlarını satışa çıxardı - QİYMƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərraca ümumilikdə 8 avtomobil təqdim edilib

Bir çox dövlət qurumu yeni ilin ilk avtomobil hərracına balanslarında olan bəzi avtomobilləri təqdim edib. Avtosfer.az xəbər verir ki, 29 yanvar tarixində keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 8 avtomobil təqdim edilib. Onlardan ikisi Energetika Nazirliyinə, ikisi Daxili İşlər Nazirliyinə, ikisi isə Milli Məclisə məxsusdur.

Dövlət Təhlükəsizlik Xidməti və Şəki Apellyasiya Məhkəməsi isə özəlləşdirməyə hərəsi bir avtomobil təqdim edib.

Hərraca ilkin satış qiyməti ən yüksək olan avtomobili Dövlət Təhlükəsizlik Xidməti təqdim edib. DTX-nın təqdim etdiyi "Chevrolet Niva 21230L” avtomobili üçün ilkin satış qiyməti 7000 manat müəyyən edilib.

Ən aşağı qiymətlə hərraca təqdim edilən avtomobil isə Milli Məclis Aparatının Mətbəəsinə məxsus QAZ-31029 avtomobildir ki, onun da ilkin satış qiyməti cəmi 400 manatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh