Bir videoda 6 dəfə qayda pozuntusu qeydə alındı - "Avtoş"? - VİDEO
Avtoreyd 6 Yanvar 2019 01:38 1921 dəfə oxunub
Bir videoda 6 dəfə qayda pozuntusu qeydə alındı - "Avtoş"? - VİDEO
Bu qədər qayda pozuntusu qısa bir videoda bir sürücü tərəfindən törədilib

Sürücülərdən birinin Avtosfer.az saytına göndərdiyi videoya baxanda kameraya düşən sürücünün nizam-intizamsızlığı, ətrafındakılara qarşı hörmətsizliyi, ardıcıl təhlükəli hərəkətləri insanı təəccübləndirməyə bilmir. 90 TK 454 dövlət qeydiyyat nişanlı "Chevrolet Niva" markalı avtomobilin sürücüsü dekabrın 28-də əvvəlcə dönmə işığını yandırmadan və məsafəni nəzərə almadan sağ zolağa keçir. Bu zaman qəzanın baş verməməsi an məsələsi olur. Daha sonra yenə də dönmə işığını yandırmadan svetoforda sağa dönür. Sonra 1.3 xəttinin tələbini pozub əks yola çıxır, yalnız sola hərəkət etməyə icazə verilən zolaqdan sağa dönür və bu zaman yenə də dönmə işığını yandırmadan 1.1 xəttinin tələbini pozur və sağındakı avtomobilə də təhlükə yaşadır.
Doğurdan da insan inana bilmir ki, bu qədər qayda pozuntusu qısa bir videoda bir sürücü tərəfindən törədilib. Ümid edirik ki, tezliklə DYP rəsmiləri bu sürücü barədə müvafiq tədbir görəcək.
Avtosfer.az görüntüləri təqdim edir. 

 

Kənan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh