2019-cu ilin ilk Günəş tutulması – VİDEO
Maraqlı 6 Yanvar 2019 11:56 767 dəfə oxunub
2019-cu ilin ilk Günəş tutulması – VİDEO
İkinci Günəş tutulması iyulun 2-3-də, üçüncüsü isə dekabrın 26-da olacaq

Bu gün Bakı vaxtı ilə saat 03:34-də 2019-cu ilin ilk Günəş tutulması başlayıb. Avtosfer.az xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Günəşin qismən tutulması saat 07:49-dək davam edib.

Bu təbiət hadisəsi Şimal-Şərqi Asiyada, Sakit okeanın şimal hissəsində - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdə müşahidə olunub. Xatırladaq ki, sonuncu Günəş tutulması hadisəsi 2018-ci il avqustun 11-də qeydə alınıb.

Bu il üç Günəş tutulması hadisəsi baş verəcək. İkinci Günəş tutulması (tam tutulma) iyulun 2-3-də, üçüncüsü isə (halqavarı tutulma) dekabrın 26-da olacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh