Turist avtobusu aşdı: ölən və yaralanan var
Qəzalar 6 Yanvar 2019 12:05 1680 dəfə oxunub
Turist avtobusu aşdı: ölən və yaralanan var
Yaralananlar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb

Taylandda ikimərtəbəli turist avtobusunun qəzaya uğraması nəticəsində ən azı 6 nəfər ölüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Patumthani vilayətində baş verən qəzada 50-ə yaxın turist yaralanıb. Qəza avtobusun Banqkoka getdiyi zaman yerli vaxtla 03:20-də baş verib. Qəza yağışlı hava şəraitinə baş verib. KİV-lərin verdiyi məlumata əsasən, sürücü digər nəqliyyat vasitəsi ilə toqquşmadan yayınmaq üçün qəfildən əyləcə basıb və nəticədə avtobus aşıb. Ölənlər arasında dörd qadın, bir kişi və körpə var. Yaralananlar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh