“Jaguar” və “Land Rover” Çin bazarında 69 min avtomobili geri çağırır

Avtoxəbər 6 Yanvar 2019 17:21 Oxunub 1119
“Jaguar” və “Land Rover” Çin bazarında 69 min avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstehsalçı şirkət avtomobillərdəki həmin detalları yoxlayaraq ehtiyac olarsa öz hesabına dəyişəcək

Böyük Britaniyanın tanınmış konserni “Jaguar Land Rover” Çin bazarında 68 min 828 avtomobili mühərrikdəki qüsurlara görə geri çağırır. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Aprelin 5-dən başlanacaq geriçağırma prosesi 2009-2016-cı illərdə istehsal olunmuş “Discovery 4” və “Range Rover Sport” modellərindən olan avtomobilləri əhatə edəcək. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin mühərrikindəki diyircəkli val vaxtından əvvəl aşına və anidən sına bilər. Bu da öz növbəsində mühərrikin işini pozaraq təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. İstehsalçı şirkət avtomobillərdəki həmin detalları yoxlayaraq ehtiyac olarsa öz hesabına dəyişəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh