“Hyundai-Kia” bu il 7,6 milyon avtomobil satmağı hədəfləyib

Avtoxəbər 6 Yanvar 2019 19:25 Oxunub 1139
“Hyundai-Kia” bu il 7,6 milyon avtomobil satmağı hədəfləyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Korporasiya zəifləyən satışları dirçəltmək hesabına nail olmaq istəyir

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” və şirkətə aid “Kia Motors” bu il ümumilikdə 7,6 milyon nəqliyyat vasitəsi satmağı hədəfləyib.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, korporasiya bu hədəfə son 4 ildə xüsusən ABŞ və Çin bazarında zəifləyən satışları dirçəltmək hesabına nail olmaq istəyir. Bu hədəf 2018-ci ildəki satışlardan təxminən 200 min çoxdur. Ötən il 4,6 milyon “Hyundai”, 2,8 milyon “Kia” avtomobili satılıb ki, bu da keçən il üçün müəyyən edilmiş ümumi hədəfdən (7,55 milyon) az olub. “Hyundai Motor” bu il 13 tam yeni və ya yenilənmiş modeli, o cümlədən lüks “Genesis” və bir neçə yolsuzluq avtomobilini müştərilərə təqdim etməyi planlaşdırıb.

Şirkətin gələcək planlarında 2025-ci ilədək elektrik və hidrogen enerjisi ilə çalışan 44 hibrid modelin bazara çıxarılması da var. “Hyundai Group” təchizatçıları ilə birgə bu sahəyə 6,7 milyard ABŞ dolları sərmayə yatırmağı düşünür.

Yeni layihələrdən biri isə 2021-ci ilədək Cənubi Koreyada sürücüsüz robot-taksilərin istifadəyə verilməsi ilə bağlıdır.

Qeyd edək ki, dünyada avtomobil istehsalına görə beşinci şirkət olan “Hyundai Motor” 2000-ci ilin sentyabrında yaradılıb. Şirkətin 10 ölkədə (Cənubi Koreya, ABŞ, Çin, Rusiya, Hindistan, Braziliya, Meksika, Türkiyə, Çexiya, Slovakiya) 35 zavodu fəaliyyət göstərir. İllik qlobal dövriyyəsi 222 milyard dollara, xalis gəliri isə 12 milyard dollara yaxındır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh